Bakıda oğurluqda şübhəli bilinən qadın saxlanılıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, Yasamal rayon 28-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 3-də Bakı şəhər sakini Konstantin Taranovun mənzilindən 200 manat pul, sənəd və məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Sabina Jinaidovna tutulub.
Faktla bağlı araşdırma aparılır.