Bilgəh Kardioloji Sanatoriyasından oğurluq etməyə cəhd göstərən şəxs sanatoriyanın mühafizəçisini bıçaqlayıb.
Aktual.az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, Bilgəh Kardioloji Sanatoriyasında mühafizəçi işləyən 1989-cu il təvəllüdlü Həmidzadə Şəhriyar Paşa oğlu içəriyə oğurluq etmək məqsədilə daxil olmaq istəyən şəxsi zərərsizləşdirmək istəyib.
Bu zaman həmin şəxslə mühafizəçi əlbəyaxa olub. Həmin şəxs Ş.Həmidzadənin baş və bədən nahiyəsinə ümumilikdə 3 bıçaq zərbəsi vurub. Mühafizəçi ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Aktual.az
Xəbər 555 dəfə oxunub.