Paytaxtın Binəqədi rayonunda intihara cəhd hadisəsi baş verib.
"Report”un xəbərinə görə, Əcəmi Naxçıvani küçəsi, 27 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Xəlilov Taleh Arif oğlu bıçaqla qarın nahiyəsinə zərbə endirib.
Yaralı qarının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları intihara cəhdin səbəblərini araşdırır.
Aktual.az
Xəbər 352 dəfə oxunub.