Paytaxtda avtomobil oğurlayan şəxslərə HÖKM OXUNDU

Paytaxtda avtomobil oğurlayan şəxslərə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Niyyətəli Manafov və Teymur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, prosesdə hökm oxunub.
 
Hökmə əsasən, N. Manafov 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
Barəsində ev dustaqlığı qəti imkan tədbiri seçilən T. Əliyevə isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.
 
Qeyd edək ki, hadisə ötən ilin yanvarında Abşeron rayonu ərazisində baş verib. Rayon sakini Sənan Hüseynova məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakini Niyyətəli Manafov və Naftalan şəhər sakini Teymur Əliyev tutulublar. 
 
Aktual.az
Xəbər 672 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR