Paytaxt yollarında qəzalarla bağlı vəziyyət açıqlandı

Paytaxt yollarında qəzalarla bağlı vəziyyət açıqlandı

2015-ci il yanvarın 1-dən noyabrın 21-dək paytaxt ərazisində 708 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 204 nəfər ölüb, 768 nəfər xəsarət alıb.
Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün istiqamətlərdə müsbət tendensiya müşahidə edilib: "Ötən ilin analoji dövrü ilə müqayisədə hadisələrin sayı 113 fakt, ölüm sayı 81 fakt, xəsarət alanların sayı isə 56 fakt azalıb. Bundan əlavə alınan xəsarətlərin dərəcələri də yüngülləşib. Bu halların azalması bizi də sevindirir. Məsələn, ölüm hallarının 81 fakt azalması az şey deyil. Bu, insan həyatı deməkdir. Ona görə də yol polisi yollarda hərəkətin təhlükəsizlyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirləri bundan sonra da qanunvericiliyin tələblərinə uyğun davam etdirəcək".

V.Əsədov əlavə edib ki, bu müddət ərzində yol polisləri tərəfindən 854066 inzibati protokol tərtib edilib: "Bunlardan 102200 halda piyadalar cərimə olunub. Bundan əlavə 15305 sürücü avtomobili sərxoş halda idarə etdiyinə, 4360 sürücü qəza şəariti yaratdığına, 12358 sürücü avtomobillə işıqforun qırmızı işığında keçdiyinə, 2312 sürücü sərnişindaşıma, 8600 sürücü isə ötmə və manevretmə qaydalarını qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb ediliblər. Mərkəzi Məlumat Xidməti tərəfindən isə qaydalarının pozulması ilə bağlı 307370 halda sürücülər barəsində elektron protokol tərtib edilərək ünvanlarına göndərilib".

Xəbər 397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR