Qazaxıstan vətəndaşlarının pasportlarında ölkə Prezidenti Nursultan Nazarbayevin sitatları yazılacaq.
Aktual.az aznews.az-a istinadən xəbər verir ki, müvafiq norma şəxsiyyəti təsdiq edən sənədlərin normalarını müəyyənləşdirən qanuna dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsinə daxil edilib.
Millət vəkili Raxmet Mukaşev bildirib ki, pasportlara ilk prezidentin müstəqillik haqda sözləri əlavə ediləcək.
Bundan əlavə, millət vəkilinin sözlərinə görə, qanun layihəsində pasportu alarkən vətəndaşların andiçməsini məcbur edən müddəa olacaq.