Britaniyada ölkənin ən unikal avtomobillərindən biri satılıb.
Aktual.az Milli.az-a istinadən xəbər verir ki, paslı, çürük, dağılıb parçalanmaqda olan Aston Martin markalı avtomobili 1,1 milyon dollara alıblar.
Bu maşın "Le Mans 24-Hour" avtorallisinin "ulduz"larından biri idi və 1949-cu ildəki yarışda finiş xəttinə birinci çatmışdı.
1949-cu ilin istehsalı olan Aston Martin DB2 Fixed-Head Coupe modelini məşhurlaşdıran pilotlar Artur Cons və Nik Heyns idilər.
Daha sonra məşhur ralliçi Pyer Mareşal bu maşında qəzaya düşmüşdü.
Xəbər 516 dəfə oxunub.