Paşinyanın sülh müqaviləsini imzalamaqdan başqa çarəsi yoxdur

Paşinyanın sülh müqaviləsini imzalamaqdan başqa çarəsi yoxdur

Əslində Vətən Müharibəsindəki qələbəmizdən sonra aydın idi ki, sonrakı mərhələdə bütün şərtləri Azərbaycan diktə edəcək. Və belə də oldu. Möhtəşəm qələbəmiz, günü-gündən artan gücümüz bu gün Ermənistanı da, onun rəhbəri Paşinyanı da vadar edir ki, ağıllarını başlarına yığsınlar və xəyallara dalmasınlar. Çünki başqa yolları, alternativləri yoxdur.
Aktual.az xəbər verir ki, bu fikirləri Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.
"Sülh olacaqmı? Mütləq olacaq. Proseslər də buna doğru gedir. Hərgah, hərdən Paşinyan ictimai rəyi öz üzərindən yayındırmaq, prosesi uzatmaq üçün müəyyən cəhdlər edir. Amma onun bu cəhdləri səmərə verməyəcək. Ermənistanın ara-sıra törətdiyi təxribatların da nəticəsi olmayacaq. Çünki bu dövlət təslim olub, uduzub və qarşıdakı mərhələdə edə biləcəyi tək şey labüd sülhlə barışmaqdır.
Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu, hələ 30 illik işğal dövründə də belə olub. Çünki Ermənistan haqsızdır, Ermənistan ifşa olunub, Ermənistan həmin 30 illik işğal dövründə də, sonra da özünü bütün beynəlxalq təşkilaltlarda biabır edib”, - deyə deputat qeyd edib.
O bildirib ki, təbii, sülhün əsas şərtlərindən biri və ən önəmlisi Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır.
"Ermənistan tərəfindən. Rəsmi şəkildə! Paşinyan isə bu kontekstdə artıq ismarıclarını verir, qapalı ifadələrlə də olsa razılığını bildirir və anlayır ki, Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanımaqdan və sülh müqaviləsini imzalamaqdan başqa çarə yoxdur.
Düşünürəm ki, sülh müqaviləsinin imzalanması tezliklə baş verəcək və bu hadisədən sonra bölgədəki vəziyyət təməlli şəkildə yaxşıya doğru dəyişəcək”, - deyə E.Musayev əlavə edib.


Xəbər 781 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR