Paşinyanın COVİD testi yenə müsbət çıxdı

Paşinyanın COVİD testi yenə müsbət çıxdı
  • DÜNYA

Ermənistanın Baş naziri Nikol Paşinyanda COVİD-19 aşkarlanıb.
Aktual.az xəbər verir ki, baş nazir bu barədə Feysbuk səhifəsində yazıb.
"Bazar ertəsi, dekabrın 23-də COVİD-19 testimin nəticəsi müsbət oldu. Dekabrın 23-də və 24-də özümü təcrid etdim və yaşayış yerimdən işlədim. Dekabrın 25-də testin nəticələri mənfi oldu və normal iş rejiminə qayıtdım.
Bundan sonra həm də həmkarlarımla məsləhətləşərək, bu gün MDB ölkələrinin liderlərinin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm.
Günün sonuna kimi Avrasiya İqtisadi Birliyi (Aİİ) Ali İqtisadi Şurasının iclasında iştirak edib-etməmək barədə qərar qəbul edəcəyəm”, - baş nazir vurğulayıb.
***
Ermənistan Baş naziri Nikol Paşinyanın COVİD testi ikinci dəfə müsbət çıxıb.
Bu barədə Paşinyan özünün Teleqram kanalında məlumat yayıb.
"COVİD testim yenidən müsbət çıxdı, sağalana qədər bəzi məhdudiyyətlərlə işləyəcəm”, - erməni baş nazir bildirib.
Xəbər 95 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR