Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
Aktual.az Sputnik Ermənistan-a istinadən xəbər verir ki, onlar Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına dair fikir mübadiləsi aparıblar.
Tərəflər Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda keçirilən görüşünü müzakirə ediblər.
Blinken ABŞ-nin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dəstəyini davam etdirməyə hazır olduğunu bildirib.
Paşinyan və Blinken regional təhlükəsizlik və humanitar məsələlərin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.
Xəbər 158 dəfə oxunub.