Fevral ayında Paşinyan Vaşinqtona gedəcək və Donaldın da iştirak edəcəyi səhər yeməyində olacaq. Ola bilsin ki, Tramp Paşinyanın kim olduğunu heç eşitməyib və o, Ermənistanı heç vecinə də almır.
Aktual.az xəbər verir ki, bunu "Moskva-Bakı” nəşrinə müsahibəsində rusiyalı politoloq İqor Korotçenko deyib.
"Ola bilsin ki, Tramp Ermənistan kimi bir ölkənin olduğunu bilir. Amma Tramp üçün prioritetlər baxımından Ermənistan və Cənubi Qafqaz çox uzaq bir şeydir. Burada sual budur ki, Paşinyan ABŞ-dakı erməni lobbisi ilə razılığa gələ biləcəkmi? Ermənistan hökuməti lobbiçiləri işə götürməyə hazırdır - aşkar, yoxsa gizli? Bu günlərdə Ermənistanın maraqlarının tanınmış müdafiəçisi, keçmiş ABŞ senatoru Robert Menendez 11 il müddətinə azadlıqdan məhrum edilib. Paşinyan özü üçün belə menendezləri axtarmağa gedəcək. ABŞ-da hakimiyyət dəyişikliyindən sonra Paşinyanın Baydenin Ermənistan siyasətinin davam etdirilməsi üçün müəyyən təminatlara ehtiyacı var”, - o bildirib.
Xəbər 49 dəfə oxunub.