Paşinyan sülh müqaviləsinin yekun layihəsini Bakıya TƏQDİM EDİB

Paşinyan sülh müqaviləsinin yekun layihəsini Bakıya TƏQDİM EDİB

"Ermənistan hökuməti dünən Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işin növbəti mərhələsini yekunlaşdırıb”.
 
Aktual.az bildirir ki, bunu  Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında  çıxışı zamanı deyib. "Sputnik Armenia"nın məlumatına görə, Nikol sülh müqaviləsi ilə bağlı öz təkliflərini Bakıya təqdim etdiyini bildirib.
 
"Sənəd ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilib”, deyə Paşinyan əlavə edib.
 
Xatırladaq ki, bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan tərəfinin Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərini aldığını demişdi. Fevralın 14-də isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etmişdi ki,  Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir və onu yaxın vaxtlarda təhvil verəcək.(sfera.az)



Xəbər 278 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR