Paşinyanın sevinci yerə-göyə sığmır, Rusiya Paşinyanın davranışından razı qalıb.
Aktual.az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə "Hraparak” qəzeti yazıb. Qəzetin məlumatına görə, "Vətəndaş müqaviləsi”nin üzvləri müşahidə ediblər ki, Soçi səfərindən sonra Paşinyanın əhval-ruhiyyəsi kifayət qədər yüksəlib. O, fraksiya ilə son görüşdə də bu sevincini gizlətməyib.
"Tərəflərin razılığa gəlməməsinə baxmayaraq, Paşinyan dedi ki, bu vacib deyil, status-kvonun saxlanması vacibdir.
Rusiya Federasiyasında Paşinyanın davranışından razı qalıblar. Onun öz ssenarisi üzrə hərəkət etdiyinə inanırlar. Onun hökumətin bugünkü iclasında və ya yaxın günlərdə "sərt bəyanatlar” verəcəyi istisna edilmir”, – nəşr yazıb.
Xəbər 212 dəfə oxunub.