"Beynəlxalq müşahidəçilərin yerləşdirilməsi Ermənistan - Azərbaycan sərhədində gərginliyi aradan qaldırmağa kömək edəcək".
Aktual.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
"Ermənistan-Azərbaycan sərhədində istər BMT Təhlükəsizlik Şurasının mandatı altında olsun, istər ATƏT və ya digər beynəlxalq təşkilatların müşahidə missiyası yerləşdirilməlidir", - Baş nazir bildirib.
Nikol Paşinyan həmçinin bəzi ölkələrin, o cümlədən müttəfiqlərin öncədən sifariş olsa da, yüz milyonlarla dollar dəyərində silahı tədarük etməkdən imtina etdiyini deyib.
Xəbər 352 dəfə oxunub.