Paşinyan Rusiyadadır - Putinlə görüşəcək

Paşinyan Rusiyadadır - Putinlə görüşəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Vladivostok şəhərinə səfər edib.
 
Aktual.az xəbər verir ki, bu barədə Paşinyanın ofisi rəsmi məlumat yayıb.
 
Paşinyanı səfərdə Baş nazirin müavini Mher Qriqoryan, parlamentin sədr müavinləri Hakop Arşakyan, Ruben Rubinyan, xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan və digər rəsmi şəxslər müşayiət edir.
 
Baş nazir 7-ci Şərq İqtisadi Forumunun "Çoxqütblü dünyaya aparan yolda” mövzusunda plenar iclasında iştirak edəcək.
 
Səfər çərçivəsində Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub.


Xəbər 450 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR