Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.
Aktual.az xəbər verir ki, görüş BMT Baş Assambleyası çərçivəsində baş tutub.
Görüş zamanı Ermənistan-Azərbaycan sərhədində baş verən son insident müzakirə edilib.
Rəisi İranın hadisələri diqqətlə izlədiyini qeyd edib. O bildirib ki, regiondakı bütün problemlər yalnız sülh yolu ilə həll edilməlidir.
Xatırladaq ki, sentyabrın 12-13-də Ermənistan bütün sərhədboyu təxribat törədib. Bu təxribat nəticəsində baş vermiş döyüşlər nəticəsində Azərbaycan Ordusunun 80 hərbçisi şəhid olub, 281-i yaralanıb.
Ermənistan tərəfi isə 207 hərbçisinin öldüyü və itkin düşdüyünü, 293 nəfərin yaralandığını bəyan edib.
Xəbər 388 dəfə oxunub.