"Ermənistan tərəfindən sülh müqaviləsinin ilkin variantı artıq hazırlanıb. Sülh müqaviləsinə dair prosesin tempi daha da sürətlənib".
Aktual.az xəbər verir ki, bu barədə Ermənistanın "Hpararak" nəşri yazıb.
Məlumata görə, Nikol Paşinyan sülh sazişinin ilkin layihə variantı ilə oktyabrın 6-da Praqada keçirilməsi nəzərdə tutulan Avropa İttifaqının (Aİ) qeyri-rəsmi sammitinə qatılacaq.
Bildirilir ki, sentyabrın 27-si Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivanın təşəbbüsü ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilən görüşdə sözügedən sazişin ilkin variantları müzakirə olunub.
Əvvəlcədən məlumat verilmişdi ki, Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Nikol Paşinyanın görüşü baş tuta bilər.
Xəbər 296 dəfə oxunub.