Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün bildirib ki, İrəvan Rusiya tərəfinin Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması üzrə gələcək danışıqlar üçün əsas ola biləcək təkliflərini dəstəkləyir.
Aktual.az xəbər verir ki, Nikol Paşinyan bunu Rusiya xarici işlər nazirinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstək üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşündə deyib.
Ermənistan hökumətindən bildirilib ki, görüşdə həmsöhbətlər Ermənistan, Rusiya və Azərbaycan liderlərinin oktyabrın 31-də Soçidə keçirilmiş üçtərəfli görüşünün yekunlarını, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesini və Qarabağ problemi ilə bağlı məsələləri müzakirə ediblər. (Publika.az)
Xəbər 166 dəfə oxunub.