Ermənistan Baş naziri Nikol Paşinyanın komandasının üzvləri onun növbədənkənar parlament seçkilərinə hazırlaşdığını bildirirlər.
Aktual.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Hraparak” qəzeti məlumat yayıb.
"Paşinyanın yaxın çevrəsini təəccübləndirən məqam seçkilərə hələ 8 ay qalmış artıq seçki qərargahının rəhbərinin və təşviqat üzrə müavinin təyin edilməsi olub. Bu tələskənlik hökumət komandasını baş nazirin növbədənkənar seçkilərə hazırlaşdığı qənaətinə gətirib”, – nəşr bildirib.
Qəzet yazır ki, bu dəfə seçki qərargahına baş nazirin aparat rəhbəri Araik Arutyunyan təyin olunub. 2021-ci ildə bu vəzifəni müdafiə naziri Suren Papikyan icra edirdi.
Qeyd edək ki, Ermənistan parlamentinə növbəti seçkilər 2026-cı ilin iyununda keçirilməlidir.
Xəbər 63 dəfə oxunub.