Paşinyan: “Azərbaycanla nəqliyyat əlaqələrinin bərpasında maraqlıyıq”

Paşinyan: “Azərbaycanla nəqliyyat əlaqələrinin bərpasında maraqlıyıq”

"Ermənistan Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır və bu problemi Rusiyanın köməyi ilə yaxın gələcəkdə həll etməyə ümid edir. İndiki vəziyyətdə logistik sxemlər dəyişir və Ermənistan üçün yeni imkanlar açılır”.
 
Aktual.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar sessiyasında çıxış edərkən bildirib.

Baş nazirin sözlərinə görə, hər şeyə baxmayaraq, şərqdən qərbə, qərbdən şərqə yük axını davam edir: "Və xəritəyə baxsanız, Ermənistan bu yolların kəsişməsindədir və düşünürük ki, burada imkanlar var, onlardan istifadə etməyə çalışacağıq. Hazırda Ermənistanda Şimal-Cənub magistral yolu layihəsini yekunlaşdırırıq”.

Paşinyan onu da xatırladıb ki, Qarabağla bağlı üçtərəfli bəyanatda nəqliyyat-iqtisadi kommunikasiyaların blokadadın çıxarılması nəzərdə tutulur ki, bu da Azərbaycan ərazisi ilə hərəkətin mümkünlüyü deməkdir. Baş nazir kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətindən də danışıb və onun sözlərinə görə, yaxşı irəliləyiş qeydə alınıb.

"Əlbəttə, burada hər şey həll olunmur. Yolun hansı hüquqi tənzimləmə əsasında işləyəcəyi ilə yanaşı, hüquqi məsələləri də həll etmək lazımdır. Mövqe ümumilikdə aydındır - yollar keçdiyi ölkələrin tam suverenliyi altında işləməlidir. Bu layihənin ideyası ondan ibarətdir ki, Ermənistan Azərbaycan ərazisindən, Azərbaycan isə Ermənistan ərazisindən nəqliyyat marşrutları alacaq. Biz bunda çox maraqlıyıq və ümid edirik ki, Rusiya Federasiyasının dəstəyi ilə bu məsələni həll edəcəyik. Ümid edirik ki, bu prinsiplə biz "erməni yol ayrıcı” layihəsi adlandırdığımız layihəni həyata keçirə biləcəyik”, - deyə Paşinyan bildirib.

Paşinyan, həmçinin ümid edir ki, cənubu şimala, qərbi şərqə birləşdirən yollar Ermənistan ərazisindən keçəcək. Onun sözlərinə görə, bu qlobal layihə təkcə region ölkələri üçün deyil, həm də Rusiya və digər regionların dövlətləri üçün vacibdir.


Xəbər 264 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR