Ötən həftə Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən hündür mərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində yaralanan Zahid Mahmudov dünyasını dəyişib.
Bu barədə AzVision.az-a Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov bildirib. Onun sözlərinə görə, həkimlərin müdaxiləsinə baxmayaraq, xəstə dünən axşam saatlarında həyatını itirib.
"Vəziyyəti olduqca ağır idi. Mərkəzə gətiriləndə bədənin 90 faizi yanmışdı. Lazım olan bütün tibbi yardımı etdik, təəssüf ki, axşam saat 20:05 radələrində dünyasını dəyişdi”.
Qeyd edək ki, yanvarın 27-də Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib. Hadisə zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Xəbər 344 dəfə oxunub.