Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkənin Belçikadakı səfirliyinə Brüssel hava limanında partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırmağı tapşırıb.
Aktual.az Trend-ə istinadən xəöbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Qeyd edək ki, bu gün Brüssel aeroportunda baş vermiş partlayış nəticəsində 11 nəfər ölüb, 20 nəfər yaralanıb. Hadisədən sonra bütün reyslər ləğv edilib.