Partlayış zamanı yaralananlarla bağlı son məlumat – Həkimdən açıqlama

Partlayış zamanı yaralananlarla bağlı son məlumat   – Həkimdən açıqlama

Şirvan şəhərində güclü partlayış zamanı ağır yaralanan xəstələrdən biri iyulun 26-da Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. 


Aktual.az xəbər verir ki, bununla bağlı AzNews.az-a məlumat verəm Şirvan Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinin həkimi Tofiq Hüseynov məlumat verib. Onun sözlərinə görə, həmin xəstənin vəziyyəti olduqca ağır olub: “Burada ona yardım etdik, amma durumu ağır olduğundan Bakıya göndərildi. Hazırda həmin xəstə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əməliyyat olunub, vəziyyəti də yaxşıdır”. 

T.Hüseynov partlayış zamanı sözü gedən xəstəxanaya 24 xəstənin gətirildiyini vurğulayıb: “Onların arasında yanığı, yarası olan və hadisəndən qorxan şəxslər olub. Biz onların hər birinə yardım etdik. Hazırda xəstəxanada 5 xətə var, yerdə qalan xəstələrə ilk tibbi yardım edilib və kafi halda evə buraxılıb”.

Xatırladaq ki, iyulun 26-da Şirvan şəhər Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda dəhşətli partlayış olub. Partlayış zamanı 24 nəfər yaralanıb, iki nəfər isə dünyasını dəyişib. 

Xəbər 338 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR