Partiyalar 2025-ci il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim edib

Partiyalar 2025-ci il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim edib

Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyalar 2025-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Aktual.az xəbər verir ki, bu barədə məlumat Mərkəzi Seçki Komissiyasının saytında yer alıb.
Dövlət qeydiyyatına alınmış 26 siyasi partiyanın hamısının 2025-ci il üzrə maliyyə hesabatları qanunvericiliyin tələblərinə uyğun qaydada Komissiyanın internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilib.
Qeyd edək ki, siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim olunmalıdır.
Xəbər 49 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR