Partiya sədrini yumurta atəşinə tutdular

Partiya sədrini yumurta atəşinə tutdular

Türkiyədə müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu şəhid dəfnində xoşagəlməz halla üzləşib. Partiya lideri yumurtalı hücuma məruz qalıb.

Aktual.az anspress-ə istinadən bildirir ki, sədr Ankarada Kocatəpə məscidində 2 şəhidin dəfn mərasiminə gələrkən etiraz aksiyası ilə qarşılaşıb.

Erhan Yıldırım adlı hərbçi Vanın Gürpınar rayonunda PKK ilə qarşıdurma nəticəsində şəhid olub. O, PKK terrorçularının əl istehsallı partlayıcı qurğunu işə salması nəticəsində şəhid olub.

Atılan yumurtalar onun və onu qoruyan üç nəfərin üzərinə düşüb. Mühafizəçilər partiya liderini sürətlə hadisə yerindən uzaqlaşdırıb, ara küçələrdən birinə aparıblar. Bu arada o, açıqlama verməyi də yaddan çıxarmayıb. "Şəhidlər bizim şəhidlərimizdir. Onlara sahib çıxmaq bizim borcumuzdur. Kimsə bizi şəhid dəfninə getməkdən çəkindirə bilməz. Bizim onlara boyun əyəcəyimizi güman edirlər. Kim olur olsun, hamı millətini, xalqını sevir. Sonuna qədər ölkəmizin, şəhidlərimizin hüquqlarını müdafiə edəcəyik".

Yumurta etirazı ilə bağlı artıq bir nəfər saxlanılıb.

Xəbər 321 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR