Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə qarşı növbəti dəfə təxribat edilib.
Bu barədə Aktual.az-a MMP mətbuat xidmətindən məlumat verilib ki, onun "facebook"dakı rəsmi hesabını sıradan çıxarıblar.
Verilən məlumata görə, son günlər sosial şəbəkədəki fəallıq etməsi bəzi dairələri narahat edib və buna görə də belə bir təxribat törədilib. Belə ki, bu gün səhərdən partiya sədrinin hesabına daxil olmaq mümkün deyil. Onun hesabına hücum edənlər profildəki son paylaşımları siliblər. Verilən məlumatda o da bildirilir ki, hzırda profilin bərpa olunması üçün cəhdlər edilir.
Qeyd edək ki, Hafiz Hacıyev xeyli müddət idi ki, "facebook"dan istifadə etməyə başlamışdı.
Aktual.az
Xəbər 503 dəfə oxunub.