Partiya sədrindən seçki bəyanatı

Partiya sədrindən seçki bəyanatı

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizəd olmuş Əlisahib Hüseynov 1 noyabr seçkiləriylə bağlı bəyanat verib.

Həmin bəyanatı sizə təqdim edirik: “Ana Yasamızın (Konstitusiyamızın) və seçki qanunlarımızın bizə verdiyi imkanlardan istifadə edərək mən də 1 noyabr seçkilərinə qatıldım. Namizədliyimi irəli sürdüyüm 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi mən deyərdim ki, ən mürəkkəb dairələrdən biridir.

Və nəzərə alsaq ki, bu dairədən olan seçicilərin hamısı məcburi köçkünlər, şəhid ailələri və müharibə veteranları, əlillərdir, o zaman situasiyanın nə qədər həssas olduğu bir daha hər kəsə aydın olur.Bu dairədən deputat seçilmək şansları ən çox olanlardan biri də mən idim. Amma Yeni Azərbaycan Partiyasının (YAP) yerli rayon şöbələri təbliğat-təşviqat dövrünü uğurla həyata keçirdi və YAP-ın namizədi bu dairədən qalib oldu. Mən qalib gələn bütün namizədləri təbrik edir və onlara uğurlar arzulayıram.

Biz əqidəsini, siyasi kurusunu tez-tez dəyişən, buqələmun tipli siyasi qüvvələrdən deyilik. Seçkidə qalib gəlməsək də, deputat mandatını qazana bilməsək də, amma əvvəlki siyasi kursumuza sadiqik. Kursumuz dövlətçilik, Azərbaycançılıq kursudur. Biz əvvəlki kimi bundan sonra da prezident İlham Əliyevə dəstəyimizi davam etdirəcəyik”.

Aktual.az

Xəbər 622 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR