Parlamentin iclası başladı - Şəhidlərimiz yad edildi

Parlamentin iclası başladı   - Şəhidlərimiz yad edildi

Azərbaycan Milli Məclisinin bu gün növbəti plenar iclası başlayıb.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, iclası açıq elan edən spiker Oqtay Əsədov əvvəlcə son günlər cəbhədə baş verən gərginliyə münasibət bildirib. O qeyd edib ki, həmişə Azərbaycan yüksək nailiyyətə nail olanda Ermənistan təxribata əl atıb: “Əvvəllər olduğu kimi, son günlərdə törədilən təxribata da Azərbaycan Ordusu layiqli cavab verdi. Ordumuz güclü əməliyyat keçirərək, Ermənistana həddini göstərdi”.

Daha sonra cəbhədə şəhid olan hərbçilərin xatirəsi bir dəqiqlik sükutla yad edilib.

Qeyd edək ki, iclasın gündəliyinə 21 məsələ daxildir.

Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR