Parlamentdə mətbuat üçün xoş təklif - “Vəsait artırılmalıdır”

Parlamentdə mətbuat üçün xoş təklif   - “Vəsait artırılmalıdır”

“Azərbaycan dövləti KİV-lərin möhkəmlənməsi üçün ayrılan vəsaitin həcmini ildən-ilə artırılır. Hesab edirəm ki, bu vəsaitin həcmi mümkün qədər artıq olmalıdır”. 

Aktual.az Cebhe.info-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında millət vəkili Əflatun Amaşov deyib. 

Ə.Amaşov qeyd edib ki, informasiya müharibəsində düşməndən üstün olmalıyıq: 

“Bu, təkcə, Ermənistana münaisbətdə deyil, Azərbaycana qarşı ikili standart yürüdən beynəlxalq təşkilatlara da təsir imkanlarını artırır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi hələ də icra olunmur. Biz informasiya müharibəsində qalib olsaq, media vasitəsilə problemlərimizin həllinə təsir edə bilərik. Müdafiə sahəsində olduğu kimi mediaya da ayrılan vəsaitin həcmi artırılmalıdır”. 

Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR