Parlamentdə “ASAN Xidmət”lə bağlı çağırış

Parlamentdə “ASAN Xidmət”lə bağlı çağırış

“Son on ildə büdcənin artdığının şahidi olsaq da, bu il azaldığını gördük. Sevindirici haldır ki, sosialyönümlü büdcə qorunub saxlanlıb”.

Bunu "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Asim Mollazadə deyib. Millət vəkili müharibə əlillərinə,veteranlara, şəhid ailələrinə dövlətin diqqət və qayğısının artırılmasını təklif edib.

Eyni zamanda A.Mollazadə çıxışında bildirib ki, son illər korrupsiya ilə mübarizəyə qarşı uğurlu addımlar atılıb. O, qeyd edib ki, son illər yaradılan “ASAN Xidmət” bunun bariz nümunəsidir:

“Biz “ASAN Xidmət”dən sahibkarların müdafiəsi üçün istifadə etməliyik. Bu yolla məmur özbaşınalığının qarşısını ala bilərik. Peşəkarlar işləməsə, biz Azərbaycan iqtisadiyyatını inkişaf etdirə bilməyəcəyik. Ölkədə çox ciddi investisiya layihələri həyat keçirilib, biz bunun büdcədə əksini görməli idik, amma görmədik”.

Xəbər 672 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR