Parlament seçkilərində yeni mərhələyə start verilir

Parlament seçkilərində yeni mərhələyə start verilir

Azərbaycan Milli Məclisinə noyabrın 1-ə təyin edilmiş seçkilərin keçirilməsi ilə bağlı bir sıra mərhələlər sentyabrın 17-də yekunlaşır və yeni bir mərhələyə start verilir.

Seçkilərin keçirilməsi ilə bağlı Təqvim Planına əsasən, sentyabrın 17-də səsvermə üçün qeydiyyatdançıxma (səs vermə) vəsiqəsinin hazırlanma qaydasınа və sayınа aid tələblərin təsdiq edilməsi yekunlaşır.

Bundan əlavə, sentyabrın 17-də səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi prosesi tamamlanır.

Belə ki, Təqvim Planına əsasən səsvermə (qeydiyyatdançıxma) vəsiqəsi səsvermə gününə azı 45 gün qalmış Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, səsvermə gününə azı 25 gün qalmış dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilir.

Həmçinin, sentyabrın 17-də nömrələri və hüdudları göstərilən seçki məntəqələrinin siyahısının (seçki məntəqəsi yaşayış məntəqəsi ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələrinin siyahısının (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsindəyaradılmışsa), habelə məntəqə seçki komissiyalarının, səsvermə otaqlarının yerləri (ünvanları) və məntəqə seçki komissiyalarının telefon nömrələri haqqında məlumatların dərc edilməsi başa çatır.

Seçki komissiyalarının səsvermə protokollarının hazırlanması qaydasına, mətninə, formasına və sayına aid tələblərin təsdiq edilməsi də bu gün başa çatır.

Seçiciyə müvafiq dairə seçki komissiyası və ya məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsinə isə sentyabrın 17-dən start verilir.\trend\

Xəbər 598 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR