Parlament seçkiləri dünya mətbuatında

Parlament seçkiləri dünya mətbuatında

Bu gün Azərbaycanda Milli Məclisə keçirilən seçkilər dünya mətbuatında geniş işıqlandırılır.

 Aktual.az-ın Trend-ə istinadən  məlumatına görə, Rusiyanın TASS agentliyi bu gün Azərbaycanda keçirilən parlament seçkiləri haqqında yazıb. Secki-2015.az saytının məlumatına görə, yazıda bildirilir ki, saat 8:00-dan başlayaraq 125 dairədə 5547 seçki məntəqəsi seçicilər üçün açılıb: “Səsvermə 19:00-da başa çatacaq. Ölkədə 5 milyon 200 min seçici var. Onlardan 63,5 mindən çoxu ilk dəfə səs verəcək. 1,2 milyon gənc seçici var. Ən yaşlı seçici Ağdaş rayon sakini 125 yaşlı Gözəl Dadaşovadır”.

TASS yazır ki, səsvermə prosesini 60 mindən çox yerli, 503 beynəlxalq müşahidəçi izləyəcək: "Təkrar səsvermənin qarşısının alınması və bir seçicinin yalnız bir bülletendən istifadə etməsi üçün ultrabənövşəyi mürəkkəbdən istifadə olunur. Seçki prosesinin internetdən izlənməsi üçün 1000-ə qədər seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçkilərdə iki yerli və iki xarici təşkilat “exit-poll” aparır”.

Xəbər 539 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR