Parkda həmyerlisini bıçaqlayan Şabran sakini azadlığa buraxılıb - (FOTO)

Parkda həmyerlisini bıçaqlayan Şabran sakini azadlığa buraxılıb - (FOTO)

Bakı Ağır Cinayətlər Məhkəməsində Şabran şəhər sakini Seymur Niftəliyevin СM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Aktual.az xəbər verir ki, ittiham aktına əsasən, ötən ilin avqust ayında Seymur Niftəliyev təsadüfən şəhər sakini Təbriz Kamilovun mobil telefonuna zəng edib. Bu sonuncunun xoşuna gəlməyib, o düşünüb ki Niftəliyev ona qəsdən yığıb və sonra, özünü bilməməzliyə qoyub, üzr istəyib. Onun tələbi ilə parkda görüşərək, mübahisə etməyə başlayıblar. Nəticədə söyüşləri qəbul etməyən Seymur Təbrizi bıçaqlayıb. Zərəçəkən Mərkəzi rayon xəstəxanasına çatdırılıb və əməliyyat olunub. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, həmin cəza müddətini istintaq təcridxanasında saxlanıldığına görə, məhkəmə iclas zalından azadlığa buraxılıb. 

 
 
Aktual.az
Xəbər 904 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR