Bakıda intihar hadisəsi baş verib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb. Astara rayon sakini, 1966-cı il təvəllüdlü Oqtay Tanrıverdi oğlu Tanrıverdiyev qəsəbə ərazisində yerləşən 2 saylı yataqxananın parkında ağacdan özünü asıb. Onun meyiti parkda istirahət edən vətəndaşlar tərəfindən aşkarlanıb.
O. Tanrıverdiyevin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.