Parisi partladanlardan biri ələ keçirildi

Parisi partladanlardan biri ələ keçirildi
  • DÜNYA

Belçikanın paytaxtı Brüsseldə keçirilən antiterror əməliyyatı nəticəsində Parisdə terror törədilməsində iştirakda şübhəli bilinən Abdeslam Salah tutulub.

Aktual.az Report-a istinadən xəbər verir ki, Fransanın "RTL" televiziyasının məlumatına görə, Abdeslam Salah 1989-cu ilin sentyabrın 15-də Belçikanın paytaxtında anadan olub. O, Brüsselin Molenbek yaşayış məntəqəsində qeydiyyata alınıb.

Xəbərdə bildirlib ki, polis onu saxlayarkən odlu silahdan istifadə etməyib. Şübhəliyə qarşı gözyaşardıcı qaz və şokyaradıcı qumbara təbiq edilib. Bundan sonra polis onu tutub.

Fransa onun barəsində beynəlxalq axtarış elan etmişdi.

Qeyd edək ki, noyabrın 13-də Parisin 6 nöqtəsində törədilən terror aktı nəticəsində 131 nəfər ölüb, 200 nəfər isə yaralanıb. Yaralılardan 80 nəfərinin vəziyyəti ağırdı.

Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR