Parisdə terror aktlarını təşkil etməkdə şübhəli bilinən Abdelhamid Abaaud polisin əməliyyatı zamanı öldürülüb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə məlumatı Paris prokurorluğu təsdiq edib.
Qeyd edək ki, noyabrın 13-də Parisdə baş vermiş bir neçə terror aktı nəticəsində 129 nəfər ölüb.