Parisdə terror aktını törədənlərdən biri fransız çıxdı

Parisdə terror aktını törədənlərdən biri fransız çıxdı
  • DÜNYA


Fransanın güc strukturları Parisdə terror aktını törətməkdə şübhəli bilinən 7 terrorçudan 2-nin şəxsiyyətini müəyyən edib

Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, bu barədə "Europe1" radioistansiyasının “Tvitter”dəki bloqunda məlumat verilib.
Şəxsiyyəti müəyyən edilən terrorçulardan biri fransız çıxıb. Digər isə suriyalıdır.

Parisdəki terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. Onlar bəyan ediblər ki, rəsmi Fransa Suriyanı bombalamağa son verməsə, terror aktları davam edəcək.

Onu da qeyd edək ki, bu hadisədən bir neçə gün əvvəl Bavariyadan Parisə gedən 51 yaşlı Çernoqoriya vətəndaşı saxlanılıb. Axtarış zamanı onun avtomobilindən çoxlu sayda silah-sursat, bir neçə kq partlayıcı aşkar edilib. Güman edilir ki, bu şəxs Fransada terror aktını törədənlərin ortağı olub.

Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR