Parisdə ölənlər arasında 12 ölkənin vətəndaşı var

Parisdə ölənlər arasında 12 ölkənin vətəndaşı var
  • DÜNYA

Parisdə noyabrın 13-də törədilmiş terror aktları nəticəsində ölənlərin arasında 12 ölkənin vətəndaşı var.

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, son məlumata əsasən, terror aktlarının qurbanları arasına Əlcəzair, Belçika, Böyük Britaniya, Çili, Mərakeş, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, Tunis,  ABŞ və Fransa vətəndaşları var.  

Bu barədə məlumatlar Fransa rəsmi qurumlarının açıqlamalarında əks olunub.  

Xatırladaq ki, Parisdə noyabrın 13-də törədilmiş silsilə terror aktları nəticəsində  129 nəfər ölüb, 352 nəfər yaralanıb, onlardan 99 nəfərinin vəziyyəti kritikdir. 

Xəbər 500 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR