Fransada anti-terror əməliyyatları davam edir.
Paytaxt Paris yaxınlığında yerləşən Seni Deni şəhərciyində keçirilən əməliyyat zamanı 3 nəfər öldürülüb.
Bu barədə Aktual.az AzVision.az-a istinadən xəbər verir.
Məlumata əsasən, öldürülən şəxslər noyabrın 13-ü Parisdə törədilən terror aktlarının təşkilində şübhəli bilinirlər.
Xatırladaq ki, noyabrın 13-ü Fransa paytaxtı Parisdə törədilən silsilə terror aktları nəticəsində 132 nəfər ölüb, azı 200 nəfər yaralanıb.