Fransa paytaxtı Parisdə hüquq-mühafizə orqanı əməkdaşları terror aktları törətməkdə şübhəli bilinən şəxslərin axtarışına başlayıb.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Paris prokuroru Fransa Molana bildirib.
Onun sözlərinə görə, terrorçular hələ də şəhərdə gizlənə bilərlər.
Fransa hökumətinin iddiasına görə 7 terrorçu öldürülüb. Son məlumatlara görə, 4 terrorçu konsert zalında, 3 nəfər isə stadion ətrafında zərərsizləşdirilib.
Fransanın paytaxtı Parisdə törədilən terror aktları nəticəsində 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb.