Parisdə terror aktları təşkil etməkdə şübhəli bilinən İŞİD kəşfiyyatçısı Türkiyədə tutulub.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Mərakeş əsilli Belçika vətəndaşı, 26 yaşlı Əhməd Dahmani dünən Antalya şəhərində hoteldə tutulub. O, İŞİD-in kəşfiyyatçılarındandır və noyabrın 13-də Parisdə terror aktları törədilməzdən əvvəl orada səfərdə olub.
Qeyd edək ki, noyabrın 13-də Parisdə törədilmiş silsilə terror aktları nəticəsində 130 nəfər həlak olub.