Paris, stadionda qorxulu anlar - FOTO

Paris, stadionda qorxulu anlar   - FOTO
  • DÜNYA

Dünən gecə Fransanın paytaxtı Parisdə 7 terror aktı törədilib. Məşum teraktlarda, partlayış və atışmalarda 153 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

Parisin Sen-Deni səmtində yerləşən "Stade de France" stadionunda Fransa və Almaniyanın futbol yığmaları arasındakı yoldaşlıq matçı əsnasında 3 terror partlayışı olub.

Aktual.az Milli.Az-a istinadən bildirir ki, Bigpicture saytının fotoqrafı Maşa Plotnikova həmin anlarda stadionda idi. O, baş verənlərin canlı şahididir.

Matç başa çatanadək tribunalardakı azarkeşlər baş verənlərdən xəbərsiz olublar.

Oyun bitənə yaxın diktor bildirib ki, təhlükəsizliyin təminatı məqsədilə azarkeşlər sektorlar üzrə paylaşmalıdır. Bundan sonra giriş qapıları bağlanıb və azarkeşlər meydana eniblər.

Onlar meydanda 20 dəqiqə saxlanılandan sonra qapılar açılıb.

Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR