Paris-2024: Millimiz Fransaya qarşı

Paris-2024: Millimiz Fransaya qarşı
  • İDMAN

Bu gün Paris Yay Olimpiya Oyunlarında daha 18 dəst medal sahibini tapacaq.
Aktual.az xəbər verir ki, Azərbaycan millisi 3 yarışda təmsil olunacaq. Boksçu Alfonso Dominqes 1/4 final görüşünə çıxacaq. O, qalib gəlsə, mükafatçılar sırasında yerini təmin edəcək. Daha bir çempionluq ümidimiz Zelim Kotsoyev cüdo tatamisində mübarizə aparacaq. Basketbolun 3×3 növündə yarışan qadınlardan ibarət millimiz isə iki matça çıxacaq.
12:00. Cüdo, kişilər, 100 kq
1/8 final. Zelim Kotsoyev – Pyotr Kuçera (Polşa)/ Tomas Briçeno (Çili) cütünün qalibi
14:30. Basketbol 3×3, qadınlar
II tur. Azərbaycan-Fransa
19:54. Boks, kişilər, 92 kq
1/4 final. Alfonso Dominqes – Aybek Oralbay (Qazaxıstan)
20:30. Basketbol 3×3, qadınlar
III tur. Almaniya – Azərbaycan
Xəbər 215 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR