Olimpiadaya 1/16 finaldan başlayan cüdoçumuz Elcan Hacıyev 1/8 finala yüksəlib.
Aktual.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançımız Türkiyə təmsilçisi Mixael Zqankla qarşılaşıb.
Rəqibinə qalib gələn Hacıyev 1/8 finala yüksəlib.
Qeyd edək ki, Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl medal əldə edib.
Xəbər 207 dəfə oxunub.