Paris-2024: Azərbaycan avarçəkəni 3-cü olub

Paris-2024: Azərbaycan avarçəkəni 3-cü olub

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.
Aktual.az xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışda 6-12-ci yerlər uğrunda mübarizəyə qoşulub.
Dımçenko C/D yarımfinalında altı iştirakçı arasında üçüncü olub. Avarçəkən məsafəni 7 dəqiqə 59,23 saniyəyə qət edib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Xəbər 162 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR