““Memar Əcəmi-2” və “Avtovağzal”dan sonra B3 (şərti adı) stansiyası sərnişinlərin ixtiyarına olacaq”.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, B3 bənövşəyi xəttin növbəti stansiyasıdır: “Bu stansiya Ceyhun Səlimov (Papanin adlanan ərazi) ətrafında açılacaq. Hazırda həmin stansiyada tikinti işləri davam edir”.
N.Paşayev qeyd edib ki, Xırdalan ərazisi istiqamətində metro stansiyası tikintisi nəzərdə tutulmayıb.