Müharibələrə qarşı açıq şəkildə çıxış etməyə davam edəcəyəm, sülhü, dialoqu və dövlətlər arasında çoxtərəfli münasibətləri problemlərin ədalətli həlli axtarışında təşviq etməyə çalışacağam.
Aktual.az xəbər verir ki, bunu Roma Papası XIV Leo deyib.
O bildirib ki, bəzi siyasətçilər xristianlıq mesajını təyin olunmuş məqsəd üçün istifadə etmir, bu mesajlardan sui-istifadə olunur.
Eyni zamanda, Papa ABŞ prezidentilə müzakirəyə girmək niyyətində olmadığını bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Roma Papası XIV Leonun siyasətini tənqid edib. O, xüsusilə Papanın ABŞ-ın bəzi addımlarını dəstəkləməməsindən narazı olduğunu vurğulayıb.
Xəbər 51 dəfə oxunub.