Pan Gi Mun Bakıya video-çıxışla qoşuldu

Pan Gi Mun Bakıya video-çıxışla qoşuldu

“Bəzi səbəblərə görə tədbirdə iştirak edə bilmədim. Hər birinizi salamlayıram”.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Pan Gi Mun Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində video-çıxışında deyib.

O bildirib ki, belə tədbirlərin keçirilməsində məqsəd ayrı-seçkiliyin qarşısını almaqdır: “Ayrı-seçkilik yalnız və yalnız ekstremistlərin maraqlarına xidmət edir. Biz heç kəsi diqqətdən kənar qoymamalıyıq. Növbəti ay həssas məsələlərdən birinə toxunacağıq. Türkiyənin İstanbul şəhərində humanitar böhranla bağlı tədbir keçiriləcək. Hər birinizi ora dəvət edirik”.

Baş katib qeyd edib ki, BMT dünyada sülhün bərqərar olmasına çalışır: “Bütün insanlara diqqət göstərilməlidir. Gənc innovatorlara dəstək verməliyik. Jurnalistləri də bu işdə aktiv olmağa çağırırıq”.

Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR