Pambıq məhsullarının Azərbaycana idxalı qadağan olundu

Pambıq məhsullarının Azərbaycana idxalı qadağan olundu

Azərbaycan Prezidenti İlham Əliyev “Pambıqçılıq haqqında” qanuna dəyişikliklərin təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, qanunların və Prezident aktlarının “Pambıqçılıq haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etsin, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat versin, Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat versin və həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Pambıqçılıq haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.

Sərəncama əsasən, “Pambıqçılıq haqqında” qanunda aşağıdakı dəyişikliklər edilib:

1. 11.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunan pambığın və pambıq məhsullarının Azərbaycan Respublikasında satılmasına yol verilmir.”.

2. Aşağıdakı məzmunda 15.4-cü maddə əlavə edilsin:

“15.4. Pambıq və pambıq məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.”.

3. 21-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunan pambığın və pambıq məhsullarının Azərbaycan Respublikasına idxalına yol verilmir.”.

Xəbər 591 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR