Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Pakistan 25 atletlə təmsil olunacaq.
Aktual.az report-a istinadən xəbər verir ki, bu barədə Pakistan Atletika Federasiyasının prezidenti Əkrəm Sahi açıqlama verib. İstefada olan general-mayor bildirib ki, atletlərdən 11-i qadın olacaq. O, 7 - 9 apreldə keçiriləcək ölkə çempionatındakı nəticənin siyahıdakı idmançıların tərkibinə ciddi təsir edəcəyinə inanmadığını bildirib.
Ə.Sahi xüsusən, qadın atletlərin İslamiadada kifayət qədər medal qazanma şanslarının olduğunu vurğulayıb.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək.
Aktual.az
Xəbər 404 dəfə oxunub.